Əfv sərəncamı 2 saylı CM-də saxlanılan 33 məhkuma şamil olunub

Əfv sərəncamı 2 saylı CM-də saxlanılan 33 məhkuma şamil olunub
# 08 may 2023 14:23 (UTC +04:00)

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisində icra edilib.

APA xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 33 nəfərə şamil edilib. Onlardan 12 məhkum azadlığa buraxılıb, 21 nəfərin isə cəzası azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR