Əhməd Əhmədzadə: ""Samur-Abşeron suvarma sisteminin yenidən bərpası” layihəsi 2 ilə yekunlaşacaq"

Əhməd Əhmədzadə: ""Samur-Abşeron suvarma sisteminin yenidən bərpası” layihəsi 2 ilə yekunlaşacaq"
# 18 sentyabr 2019 16:29 (UTC +04:00)

“Samur-Abşeron suvarma sisteminin yenidən bərpası” layihəsi bitmək üzrədir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. O qeyd edib ki, Siyəzən və Xızı rayonlarında bu işlər yekunlaşıb, bu proses 2 il ərzində bitəcək: “Şabran rayonunda isə işlər davam etdirilir. Bu işlər bitdikdən sonra 150 min hektar suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və 30 min hektar yeni suvarılan torpaqların dövriyyəyə cəlb olunması mümkün olacaq”.

O, həmçinin “Samur-Abşeron suvarma sisteminin yenidən bərpası” layihəsinin Bakı və Sumqayıt şəhərlərinin, ümumiyyətlə isə şimal bölgəsi də daxil olmaqla Abşeron yarımadasının içməli su təminatında mühüm rol oynadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR