Əks-göstəriş sertifikatı ilə bağlı müraciətlərin sayı açıqlanıb

Teymur Musayev

© APA | Teymur Musayev

# 28 dekabr 2021 18:13 (UTC +04:00)

Bu günə qədər ölkədə koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifikatı ilə bağlı təxminən 69 minə yaxın müraciət olub.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müraciət edənlərdən 40 minə yaxını süd verən analar, 10 404 nəfər isə hamilələr, 6000-dən çox xroniki xəstəliyi olanlardır: “Hazırda xroniki xəstəliklə bağlı müraciətlərin sayı azalıb. Xəstəliyi olanlarla bağlı göstərici ortalama 7 faizdir. Proses elektron olduğundan burada heç bir əlavə müdaxilədən söhbət gedə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR