Ekspert: “Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında Çini qabaqlayıb”

Ekspert: “Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında Çini qabaqlayıb”
# 29 iyul 2022 13:56 (UTC +04:00)

Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir.

APA xəbər verir ki, bunu "Azərbaycan mediasında gender həssaslığının artırılması" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə gender məsələləri üzrə ekspert Aynur Veysəlova deyib.

Qeyd edilib ki, ötən ilin statistikasında Azərbaycanda 100 qıza 115 oğlan düşür: "Selektiv aborta görə uzun illər Çin birinci yerdə idi. Azərbaycan isə Çindən sonra ikinci sırada yer alırdı. Lakin ötən ilin rəqəmlərinə əsasən, Azərbaycan Çini qabaqlayıb".

Bildirilib ki, BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR