Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq

Eldar Salayev

© APA | Eldar Salayev

# 21 iyun 2022 12:31 (UTC +04:00)

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək. Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

Qeyd edək ki, Eldar Salayev ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR