Əli Əsədov: "Kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaqdır"

Əli Əsədov

© APA | Əli Əsədov

# 18 yanvar 2022 19:17 (UTC +04:00)

İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR