Əli Əsədov: “Ukraynadan təxliyə olunan soydaşlarımızın problemlərini düşünməliyik”

Əli Əsədov, Baş nazir

© APA | Əli Əsədov, Baş nazir

# 15 mart 2022 17:16 (UTC +04:00)

“Neft-qaz qiymətləri hazırda sıçrayışdadır və təbii ki, bu, bizim maraqlara cavab verir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Bununla belə, Baş nazir bildirib ki, nefti-qazı olmayan ölkələr bu qiymətə nefti, qazı alanda bu, bizim də onlardan aldığımız məhsullarda inflyasiyaya səbəb olur: “Aldığımız məhsulların da qiyməti qalxır. Xalqımız problemlərlə yaşamayacaq. Digər tərəfdən, bu gün Ukraynadan təxliyə olunan soydaşlarımız çıxılmaz vəziyyətdədir. Biz ilk olaraq onların problemini düşünməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR