Əlillik verilməsindən imtina edilən şəxslərin sayı açıqlanıb

Əlillik verilməsindən imtina edilən şəxslərin sayı açıqlanıb
# 07 yanvar 2022 11:44 (UTC +04:00)

“Göndərişlərin qiymətləndirilməsi zamanı əlillilikdən imtina qərarları da verilir. Bu imtina qərarları birbaşa sistem üzərindən də, qiymətləndirmədən sonra da verilə bilər. Birbaşa sistem üzərindən verilən imtina onunla bağlıdır ki, “Əlillik alt sistemi”nə müxtəlif dövlət qurumlarının elektron sistemləri inteqrasiya olunub”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, reyestrdən gələn məlumatlar sistem tərəfindən analiz olunur, uyğunsuzluq aşkar edildikdə qiymətləndirməyə buraxılmadan göndərişə imtina verilir: “2021-ci il ərzində təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən imtina verilib. 60 min göndərişdən isə natamam doldurulma səbəbindən imtina edilib. Dövlət tibb müəssisəsi tərəfindən qeyd edilən diaqnoz müayinələrlə əsaslandırılmadıqda göndərişin natamam doldurulması barədə qərar verilir.

Bəzi hallarda müalicə kursu tam başa çatmadan tibbi sosial ekspert komissiyasına göndərişlər də rəsmiləşdirilir. Bu hallarda da imtina verilir. Ötən il təxminən 56 min göndərişə əlavə müalicə olunma ilə əlaqədar imtina verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR