Əlilliyi olan şəxslərin əl işlərindən ibarət onlayn satış portalı yaradılacaq

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət onlayn satış portalı yaradılacaq
# 25 iyul 2022 11:37 (UTC +04:00)

DOST İnklüziv və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işlərindən ibarət onlayn satış portalının yaradılması nəzərdə tutulur.

APA xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu, həmçinin sərgi xarakteri daşıyacaq.

"Sentyabr ayından portal istifadəyə veriləcək" - deyə Kənan Əkpərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR