Əlilliyin müəyyən edilməsinə dair yeni meyarlar təsdiqlənib

Əlilliyin müəyyən edilməsinə dair yeni meyarlar təsdiqlənib
# 17 may 2022 19:27 (UTC +04:00)

Əlilliyin müəyyən edilməsinə dair yeni meyarlar təsdiqlənib.

APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən, əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürüləcək. I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunacaq.

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək.

“Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR