Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək - VİDEO

Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək - VİDEO
# 26 iyul 2022 12:05 (UTC +04:00)

Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir.

"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur" - deyə o qeyd edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR