Elman Nəsirov internetdə insan alveriylə məşğul olanların aqibətiylə maraqlanıb

Elman Nəsirov

© APA | Elman Nəsirov

# 05 may 2022 13:02 (UTC +04:00)

“Dünyada insan alverinə qarşı mübarizədə müsbət nəticə əldə etmək bəlkə də mümkün deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu, Azərbaycanda belə deyil: “Azərbaycanda 2021-ci ildə qanunazidd bu fəaliyyət əsasən internet üzərindən həyata keçirilib. Bu sahənin cinayətkarları müasir texnologiyadan istifadə ediblər. Amma hesabatda bəzi ziddiyyətli məqamlar var. Çünki hesabatda internet üzərindən insan alveri ilə məşğul olanlarla bağlı cinayət işi açılması əksini tapmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR