Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoruna müavin təyin edilib

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoruna müavin təyin edilib
# 28 mart 2023 14:19 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktorun inzibati məsələlər üzrə müavini təyin edilib.

Bu barədə APA-ya Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Namiq Ənvər oğlu Həsənov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR