Azərbaycanda 2020-2025-ci illər üzrə yeni elm strategiyası hazırlanır

Azərbaycanda 2020-2025-ci illər üzrə yeni elm strategiyası hazırlanır
# 18 iyul 2019 16:02 (UTC +04:00)

“Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır”.

APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib. Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.

AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair yeni strategiyanın hazırlanacağını bildirib: "Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR