Elşad Mirbəşir: “Xroniki xəstəliklərlə əlaqədar tibbi xidmətlər ƏDV-dən azad edilsin”

Elşad Mirbəşir

© APA | Elşad Mirbəşir

# 30 dekabr 2021 13:28 (UTC +04:00)

“Cəmiyyətin ümumi sağlamlığı atılacaq tibbi addımların xarakterindən asılıdır. Bir sıra xəstəliklər var ki, bunların müalicəsi daha çox vəsait tələb edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat təklif edib ki, xroniki xəstəliklərin müalicəsi zamanı göstərilən tibbi xidmətlər ƏDV-dən azad edilsin: “İcbari tibbi sığortanın təkmilləşdirilməsi lazımdır. Bir çox rayonlarda, kənd yerlərində tibb məntəqələri ya ümumiyyətlə, mövcud deyil, ya da səmərəli fəaliyyət göstərmək üçün lazımi şəraitə malik deyil. Müvafiq strukturlar bu məsələyə diqqət yetirməlidirlər. Çünki gələcəkdə icbari tibbi sığortanın effektiv tətbiqi üçün bu məsələlərin həlli çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR