Əmək bazarı üzrə işçi qrupun iclası keçirilib

Əmək bazarı üzrə işçi qrupun iclası keçirilib
# 26 may 2022 10:04 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ölkəmizdə əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn ardıcıl islahatların aparıldığı vurğulanıb.

Bu islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə də müsbət təsiri qeyd edilib.

İşçi qrupun bu ilki Fəaliyyət Planında 8 hesabat üzrə 16 indikator və müvafiq olaraq 51 tədbirin müəyyən edildiyi bildirilib. Plan üzrə işlərin vaxtlı-vaxtında və işçi qrupu daxilində qurumların səmərəli əməkdaşlığı şəraitində hədəflər üzrə davam etdirildiyi diqqətə çatdırılıb.

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanmış diaqnostika matrisasının müzakirəsi aparılıb və icra edilməsi istiqamətində alt işçi qrupunun yaradılması qərara alınıb.

İclasda 2022-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planına daxil olan tədbirlər, onların icrası sahəsində görülmüş işlər qeyd olunub, Plan üzrə görüləcək işlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR