Əmək Müfəttişliyi 685 hüquq pozuntusu aşkar edib

Əmək Müfəttişliyi 685 hüquq pozuntusu aşkar edib
# 14 iyun 2022 16:28 (UTC +04:00)

2022-ci ilin yanvar-may ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 4820 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 3027 məktub araşdırılaraq cavablandırılıb.

Bu barədə APA-ya Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 685 hüquq pozuntusu aşkar edib.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR