Əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi proseduru müəyyənləşib

Əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi proseduru müəyyənləşib
# 29 aprel 2022 17:27 (UTC +04:00)

Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydası müəyyənləşib.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən, əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır:

- əmək pensiyasının sığorta hissəsi artırıldıqda;

- Qanunun 37.3.1-ci (yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir) və 37.3.2-ci (əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır) maddələrində nəzərdə tutulmuş hallarda;

- qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda;

- əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;

- Qanunun 29.2-ci maddəsində (qulluq stajına görə əmək pensiyasına əlavələr verilən şəxslərin əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır) nəzərdə tutulmuş hallarda;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Qulluq stajına görə əmək pensiyasına əlavələrə əsasən təyin edilmiş əmək pensiyasının məbləği pensiyaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablanarkən əmək pensiyasına qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artan məbləği qədər, “Əmək pensiyaları haqqında” qanunda (37.3.4-cü maddəsinin birinci cümləsində) nəzərdə tutulmuş hallarda həmin əlavənin ödənilən hissəsi isə əmək pensiyasının sığorta hissəsinin artan məbləğinin 50 faizi qədər azalır. Avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin (əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) tələbləri nəzərə alınır.

Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin (Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə) şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır.

- Hərbi qulluqçuların və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin əmək pensiyalarının bu Qaydada nəzərdə tutulmuş hallarda yenidən hesablanması müəyyən olunmuş formada qəbul olunan qərarla rəsmiləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR