Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib

Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib
# 12 iyul 2019 12:27 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik barədə layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR