Əmək qanunvericiliyinə dair qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib

Əmək qanunvericiliyinə dair qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib
# 27 yanvar 2022 17:41 (UTC +04:00)

Əmək qanunvericiliyinə əməl olunması barədə qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR