Emin Əmrullayev: “Direktorların qəbulu ilə bağlı dəyişiklik nəzərdə tutulmur”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 28 iyun 2022 15:51 (UTC +04:00)

“Regional təhsil idarələri birmənalı olaraq məktəb direktorlarının seçimində aktiv və fəal iştirak edəcəklər. Amma istənilən halda məktəb direktorunun təyinatı tahsil naziri tərəfindən Azərbaycan respublikasının qanunvericiliyinə görə həyata keçirilir. Yəni direktorun əmrinə təhsil naziri qol çəkir”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, regional idarələrin belə səlahiyyətinin olması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik olmalıdır:

“Hazırda belə dəyişiklik nəzərdə tutulmur. Amma onun deyə bilərəm ki, daha kiçik komplektli məktəblərə regional idarələrin rəhbərləri və yaxud regional idarələrin təşkil etdiyi komisiyya tərəfindən təqdim olunmuş namizədlərin təyinatı məsələsi planlaşdırdığımız seçimlərdən biridir. Yəni regional idarələr və ya komissiya çox kiçik - 20, 30 nəfərlik məktəblərin rəhbərliyinə həmin kənddə işləyən müəllimlərdən birini təyin edə bilər. Düşünürəm ki, regional idarənin yaratdığı komissiya bu prosesi şəffaf həyata keçirəcək. Amma təyinat təhsil naziri tərəfindən həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR