Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliliyini artırmaq prioritetdir

Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliliyini artırmaq prioritetdir
# 27 iyul 2022 11:59 (UTC +04:00)

“Məktəbəqədər təhsilin əhatəliliyini artırmaq prioritetdir”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu gün bağça deyilən model var: “Dünyada bağçadan fərqli bir çox modellər mövcuddur. Azərbaycanda son illərdə tətbiq edilmiş ənənəvi bağça modelindən başqa iki model də tətbiq edilir. Bunlardan biri daha geniş tətbiq olunur. Bu məktəblərdə tətbiq edilən məktəbə hazırlıq sinifləridir ki, biz artıq bu sahədə 85 % göstəriciyə çatmışıq. 2015-ci ildə bu rəqəm 45 % idi. Bu istiqamətdə 100%-ə çatmaq istəyirik. İkinci istəyimiz odur ki, artıq 5 yaşlıları cəlb etmişiksə, bundan sonra 4 yaşlıları, daha sonra isə 3 yaşlıları cəlb edək. Daha sonra üzü aşağı gedilə bilər. Bunun üçün ikinci modeli tətbiq edirik. Bu icma əsaslı məktəbəqədərdir ki, burada da 16 min uşağımız cəlb olunub. Bu yeni iş yerləri və uşaqların daha yaxşı təhsili deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR