Emin Əmrullayev: "PISA nəticələrinin yaxşılaşdırılması nəzərdə tutulub"

Emin Əmrullayev: "PISA nəticələrinin yaxşılaşdırılması nəzərdə tutulub"
# 27 iyul 2022 11:16 (UTC +04:00)

Beynəlxalq qiymətləndirilmələrdə PISA üzrə nəticələrin yaxşılaşdırılması nəzərdə tutulub.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda ölkəmizin nəticəsi 402 baldır: "2028-ci il də daxil olmaqla bu balın 422-yə çatdırılması nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR