Emin Əmrullayev: Təhsil şəffaflaşdıqca narazılıq da artır

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 27 iyul 2022 12:07 (UTC +04:00)

“Bütün sistemlər elektronlaşdıqca, şəffaflaşdıqca müəyyən mənada narazılıqlar da artır”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, bu sahədə hər il irəliyə doğru böyük addım atılır: “Lakin bu elə sahədir ki, hər il kimlərsə bizdən narazı qalacaq. Məsələn, valideynlər uşaqları onların istədikləri bağçaya, məktəbə düşməyəndə narazı qalacaqlar, halbuki artıq hər şey elektronlaşdırılır, uşaq həmin bağçaya, məktəbə düşmək üçün yer tutmalıdır. Məktəbəqədər təhsildə də bizim bu il seçim kriteriyalarımız var və bunlar gələn il bir az da təkmilləşdiriləcək. Hələlik bu il bizim üçün də yenidir, çətindir, amma öhdəsindən gələcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR