Emin Əmrullayev: "Uşağı xarici dildə təhsilə cəlb etməyin icbari məsuliyyəti yoxdur”

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 27 iyul 2022 13:19 (UTC +04:00)

“Azərbaycanda icbari təhsili dövlət Azərbaycan dilində təmin edir”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyi olaraq, hər bir vətəndaş qarşısında borcları uşaqları təhsilə Azərbaycan dilində cəlb etməkdir: “Heç yerdə yazılmayıb ki, uşağı xarici dildə təhsilə cəlb etmək icbari məsuliyyəti, yaxud vəzifəsi var. Övladını rus bölməsinə qoymaq istəyən valideynlər tərəfindən bu düzgün anlaşılmır. Bizdə bəlli sayda rus bölməsində təhsil verən siniflər var və bu say sabitdir. Yenə də müxtəlif bölgələrdə əhalinin sıxlığından asılı olaraq, biz müxtəlif reallıqlarla üzləşirik. Bizim Naftalan şəhərində rus bölməsi sinfində 5 nəfər oturur. Amma əhalinin son dövrlər çox köçdüyü Xırdalan, Masazır kimi ərazilərin məktəblərində ənənəvi olaraq rus bölməsi olmayıb. Birdən-birə ora 10 minlərlə insan köçüb uşaqlarını rus bölməsinə qoymaq istəyəndə rus bölməsinin sayı artmır. Bizim əgər 100 yerimiz varsa, bunu 200 adam istəyirsə, biz 100 nəfərə yox demək məcburiyyətindəyik. Valideyn özünün evinin yanında uşağını Azərbaycan bölməsinə qoya bilər, oxuda bilər. Bu, onun hüququdur. Amma rus bölməsinə istəyirsə, o uşağını harada yer varsa, ora apara bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR