AMEA-nın 24 institutu magistr hazırlığına cəlb olunub

AMEA-nın 24 institutu magistr hazırlığına cəlb olunub
# 16 sentyabr 2019 11:35 (UTC +04:00)

Sentyabrın 16-da AMEA Rəyasət Heyətinin iclası keçirilib.

APA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, AMEA institutlarının direktorları, magistrlər, AMEA işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın akademik katibi Əminağa Sadıqov bildirib ki, 2019-2020-ci tədris ili üçün Akademiyanın magistraturasına 138 plan yeri ayrılıb: "Qəbul imtahanlarının nəticələrinə əsasən, 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 nəfər akademiyaya qəbul olunub. Onlardan 93-ü dövlət, 27 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Akademiyanın 24 institutu magistr hazırlığına cəlb olunub. Qəbul olunanlardan 30 nəfəri 130-dan yuxarı bal toplayıb. Həmin magistrlər üçün isə xüsusi təqaüdlər nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR