ƏN Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 16:55 (UTC +04:00)

Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

APA-nın xəbərinə görə, Fərmana əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi tərəfindən ödənilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görür. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR