“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb  - FOTO
# 04 may 2022 11:49 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə I yerə layiq görülmüş şagirdin təqdimatı nümayiş olunub. Tədbirin bədii hissəsində musiqi əsərləri səsləndirilib.

Daha sonra müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR