Enerji auditinin həyata keçirilməsinə dair Qaydalar təsdiq edilib

Enerji auditinin həyata keçirilməsinə dair Qaydalar təsdiq edilib
# 09 dekabr 2022 16:15 (UTC +04:00)

Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla təsdiq edilmiş Qayda enerji auditorlarının ixtisas attestatının formasını, verilməsini, qüvvədəolma müddətinin dayandırılmasını, ləğv edilməsini, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını, habelə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi mexanizmini müəyyən edir.

Bütün bu Qayda ilə nəzərdə tutulan fəaliyyətlərə nəzarət Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR