Erkin Rəhimov: "Vaxtından əvvəl doğulan uşaqlarda qanazlığı daha çox olur"

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 19 yanvar 2022 15:18 (UTC +04:00)

“Vaxtından əvvəl doğulan, doğum çəkisi az olan uşaqlarda qanazlığı daha çox olur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib. O bildirib ki, onlar ana bətnində kifayət qədər vaxt keçirmədiyi üçün dəmir depoları aşağı olur:

“Bəzən uşaq vaxtında doğulsa da, fizioloji anemiya deyilən hal müşahidə olunur. Bu da 2 aylıqdan 6 aya qədər davam edir. Ən pis dönəm isə 4-6-cı aydır. Bu da körpənin ana bətnində olanda hemoqlobininin fərqli struktura malik olmasıdır”.

Bundan başqa qanazlığı üçün riskli dövr yeniyetmə dövrü hüsab edilir: "Bunun da müəyyən səbəbləri var. Bədəndə sürətli böyümə olduqda dəmir deposu yetmir. Qız uşaqlarında mensturasiya başladığı üçün onlarda qan aşağı olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR