ETN bəzi siniflərə kitab verilməməsinə aydınlıq gətirib

ETN bəzi siniflərə kitab verilməməsinə aydınlıq gətirib
# 30 sentyabr 2022 13:21 (UTC +04:00)

Bəzi siniflərə hələ də kitabların verilməməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.

Qeyd edilib ki, mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR