Elm və Təhsil Nazirliyi Türkiyədə zəlzələ baş verən bölgələrdəki azərbaycanlı tələbələrlə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın Türkiyə səfirliyindəki təhsil müşaviri Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə işləyir.
“Hər hansı məlumat olduğu təqdirdə bu barədə məlumat veriləcək” – deyə, məlumatda qeyd edilib.