ETN: VI siniflərdə biologiya və fizikanın yerinə təbiət fənni tədris ediləcək

ETN: VI siniflərdə biologiya və fizikanın yerinə təbiət fənni tədris ediləcək
# 05 iyun 2023 13:37 (UTC +04:00)

Məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, bu, uzunmüddətli prosesdir:

"Bu il 6-cı sinif təbiət fənninin tədrisinə başlanılacaq, əvəzinə isə biologiya və fizika fənləri tədris olunmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR