ETSN: Bulvarda Xəzərə axan tullantı yox, qrunt suyudur

ETSN: Bulvarda Xəzərə axan tullantı yox, qrunt suyudur
# 10 iyun 2022 16:10 (UTC +04:00)

"Bulvar ərazisində qrunt sularının sızması mütəmadi olaraq müşahidə edilir".

APA xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, əgər orada tullantı sularının axıdılması müşahidə edilərsə, bunun qarşısı alınır:

"Son günlər sosial şəbəkələrdə yayılan görüntülərə şərh olaraq demək istəyirəm ki, Bulvar ərazisində Xəzərə axan su qrunt suyudur. Bununla bağlı aidiyyəti üzrə laborator analizlər də götürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR