ETSN: Ekologiya postunun yaxınlığındakı yaşıllıqda ağac kəsintisi halı olmayıb

ETSN: Ekologiya postunun yaxınlığındakı yaşıllıqda ağac kəsintisi halı olmayıb
# 03 avqust 2022 17:51 (UTC +04:00)

Abşeron rayonu, ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov APA-ya bildirib ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib və yaşıllığa dəymiş ziyan hesablanaraq FHN-in Əməliyyat İstintaq İdarəsinə göndərilib.

"Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək", - o deyib.

B.Məhəmmədov sözügedən ərazidə “Körpü-Bina-Tikinti” MMC tərəfindən tikinti işlərinin aparıldığını, lakin ağac kəsintisi faktının olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR