ETSN ilə Yaponiya şirkəti memorandum imzalayıb

ETSN ilə Yaponiya şirkəti memorandum imzalayıb
# 11 may 2022 14:33 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın Mitsubishi Şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR