ETSN-lə İtaliya Ekoloji Keçid Nazirliyi arasında memorandum imzalanıb

ETSN-lə İtaliya Ekoloji Keçid Nazirliyi arasında memorandum imzalanıb
# 01 iyun 2022 13:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İtaliya Ekoloji Keçid Nazirliyi arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

ETSN-dən APA-ya verilən xəbərə görə Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR