ETSN: Macarıstan səfiri ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

ETSN: Macarıstan səfiri ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
# 22 noyabr 2022 14:38 (UTC +04:00)

Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, görüşdə gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR