ETSN: Şam ağaclarının qurudulması faktı araşdırılıb

ETSN: Şam ağaclarının qurudulması faktı araşdırılıb
# 09 avqust 2022 18:00 (UTC +04:00)

Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, “Xətai Park” Yaşayış Kompleksi yaxınlığındakı şam ağaclarının qurudulması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

APA xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub.

Vaqif Cavadov əlavə edib ki, qurumuş ağacların əvəzinə payız mövsümündə yeni ağaclar əkiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR