ETSN: Xəzərdə ölü suitilərin aşkarlanması araşdırılır

ETSN: Xəzərdə ölü suitilərin aşkarlanması araşdırılır
# 13 yanvar 2023 11:01 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib.

APA xəbər verir ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, suitilərin ölüm səbəbləri araşdırılır: "Analizlər götürülüb. AQTA tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur".

Xidmət rəisi qeyd edib ki, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb: "Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR