ETSN: Xəzərdə su səviyyəsinin enməsi dənizlə bağlı sahələrə mənfi təsir göstərir

ETSN: Xəzərdə su səviyyəsinin enməsi dənizlə bağlı sahələrə mənfi təsir göstərir
# 13 yanvar 2023 11:17 (UTC +04:00)

Xəzər dənizində su səviyyəsinin artıb-azalması ona xas xüsusiyyətdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir.

APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su səviyyəsinin enməsi fəaliyyət istiqamətləri dənizlə bağlı olan sahələrə mənfi təsir göstərir: "Eyni zamanda bu, Xəzər dənizinin temperaturun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR