"Expressbank"dan manatla bağlı qadağa!

"Expressbank"dan manatla bağlı qadağa!
# 24 may 2022 12:29 (UTC +04:00)

"Expressbank" ASC "Zolotaya korona" Beynəlxalq pul köçürmə sistemi vasitəsilə göndərilən vəsaitlərin manatla çıxarılmasına qadağa qoyub.

"APA-Economics" xəbər verir ki, sözügedən bankdan müştərilərə göndərilən məbləğin manatla deyil, xarici valyuta ilə veriləcəyi bildirilib. Bununla bağlı hətta bankdaxili qərar verildiyi də xüsusi vurğulanıb.

Bankın əməkdaşı da saytımıza bu məsələnin “daxili qanunlarla” tənzimləndiyini bildirərək, halın mövcudluğunu təsdiqləyib.

Mövzu ilə bağlı "APA-Economics"ə danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkə və beynəlxalq qanunvericiliyə əsasən, məbləğ hansı valyuta ilə köçürülürsə eyni valyuta ilə də qarşı tərəfə təqdim olunmalıdır: "İstisna yaradan hallar isə göndərilən valyutanın digər ölkədə olmaması ola bilər. Ümumilikdə isə, mövcud vəziyyətlə əlaqədar bir çox banklar "Zolotaya korona" ilə pul köçürmələrini dayandırıb. Siz deyən fakt isə "Expressbank"ın daha çox gəlir əldə etmək siyasəti ola bilər”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, bu hüquqi cəhətdən qanunsuzdur: "Azərbaycanda hər bir öhdəliyin icrasını manatla tələb etmək olar. Bu məsələdə istənilən bank qanunu pozmuş sayılır və ondan şikayət etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR