Fariz Babayev: "Pandemiyaya görə hemodializ xəstələrinin dərmanla təminatında çatışmazlıq oldu"

Fariz Babayev

© APA | Fariz Babayev

# 14 yanvar 2022 15:04 (UTC +04:00)

“Hemodializ xəstələrinin müalicəsi və dərmanla təminatı dövlət proqramına uyğun həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu "TƏBİB məsləhəti" proqramında Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib. F. Babayev bildirib ki, pandemiya dövründə bəzi dərmanların alınmasında və ölkəyə gətirilməsində müəyyən problemlər olub: “Bu da başadüşüləndir. Ona görə də müəyyən dərmanlarda çatışmazlıqlar baş verdi. İTSDA və TƏBİB bu problemlərlə məşğul olur”.

Həkim qeyd edib ki, böyrək xəstəliyi olan insanlar ildə bir dəfə müayinə olunmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR