Fəaliyyət dövrü tam olmayan MSK üzvləri və Ombudsmanın pensiyası yeni qaydada hesablanacaq

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 13 may 2022 12:10 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyət dövrü tam olmadıqda onlara təyin edilən pensiyanın məbləğinin hesablanmasının yeni qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR