“Fərdi sahibkarlara ovçuluq təsərrüfatı yaratmaq icazəsi veriləcək“.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, artıq pilot layihə kimi bəzi ovçuluq təsərrüfatlarının fərdi qaydada sahibkarlıq qismində idarə olunması və orada infrastrukturun yaxşılaşdırılması, heyvan növlərinin artırılması nəzərdə tutulur. Bu layihənin tərkib hissəsi olaraq ovçuluq lisenziyalarının da həmin təsərrüfatlarda verilməsi gündəmədir. Bununla bağlı müəyyən işlər aparılır.