FHN Akademiyasında kursantlar üçün təlim keçirilib - VİDEO

FHN Akademiyasında kursantlar üçün təlim keçirilib - VİDEO
# 05 may 2022 12:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin əsəs fəaliyyət planına uyğun olaraq keçirilən təlimin təşkilatçıları FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və FHN-in Akademiyası olub.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin onların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə biliklərinin artırılması və müvafiq bacarıq və vərdişlərin aşılanmasından ibarətdir.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi, və təhsil məsələləri üzrə Baş idarəsinin İdarə rəisi Azadi Quliyev tədbirin əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu cür təlimlər həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır. Eyni zamanda, belə təlimlərin təşkilində əsas məqsədlərdən biri də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığınının yüksək səviyyədə saxlanılmasıdır.

Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun baş vermiş ərazidə axtarışı və xilas edilməsi, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər əməliyyat tədbirləri nümayiş etdirilib.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR