FHN Akademiyasında kursantlarla görüş keçirilib

FHN Akademiyasında kursantlarla görüş keçirilib
# 15 sentyabr 2022 16:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə kursantlarla görüş keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, əvvəlcə, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni ifa edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev yeni tədris ilinin başlanması münasibətilə kursantları təbrik edib, onlara uğurlar arzulayıb. O, bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun şəkildə uğurla inkişaf etdirilir.

B.Salayev bildirib ki, Akademiyada təhsil alan kursantlar bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnirlər. O, kursantlara nümunəvi, nizam-intizamlı xidmət etmələrini, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı, tədrisə məsuliyyətlə yanaşmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.

General-mayor Baba Salayev, həmçinin diqqətə çatdırıb ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Tədris prosesi ilə yanaşı, gənclərin intellektual səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində də məqsədyönlü fəaliyyət planı tətbiq edilir.

Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə kursantlara təbriklərini və xoş arzularını çatdırıb, onlara təhsillərində uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR