FHN attraksionların təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO - VİDEO

FHN attraksionların təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO  - VİDEO
# 03 iyun 2022 13:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın xəbərinə görə, Agentlik yay mövsümünün başlanması ilə əlaqədar istirahət və əyləncə mərkəzlərində, o cümlədən parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirir. Bu istiqamətdə növbəti tədbir Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşən N.Nərimanov adına bağın ərazisində reallaşdırılıb.

Tədbirdə iştirak edən Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstəriş və tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attarksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsinin zəruriliyi attraksionlara cavabdeh olan hüquqi və fiziki şəxslərdən tələb olunub.

Tədbirdə attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR