FHN Bakıda hoteldə yanğın-taktiki təlim keçirib - FOTO

FHN Bakıda hoteldə yanğın-taktiki təlim keçirib - FOTO
# 07 iyul 2022 15:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “İbis Baku City” otelində yanğın-taktiki təlim keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd oteldə baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə otel personalının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən otelin işçi heyətinə baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilkin zəruri addımlar barədə maarifləndirici məlumatlar verilib, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.

Təlimin praktiki hissəsində isə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən oteldə şərti olaraq baş vermiş “yanğın” qısa müddətdə “söndürülüb”, zərərçəkmişlərin təxliyəsi həyata keçirilib”.

Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR