FHN Bakıda və regionlarda maarifləndirmə tədbirləri keçirib

FHN Bakıda və regionlarda maarifləndirmə tədbirləri keçirib
# 10 sentyabr 2022 12:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 2 və 32 nömrəli körpələr evi-uşaq bağçalarında, Bakı Regional Mərkəzi tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon Suvarma Sistemləri İdarəsində və Ağsu Rayon Mərkəzi Xəstəxanasında, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon 56 nömrəli Yol İstismarı İdarəsində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər Bələdiyyəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR